TƏCİLİ! Vardanyan buna görə yola salındı - Köçəryan və Sarkisyan hərəkətə keçir?

25-02-2023, 14:41   


"Vardanyanın Qarabağdan yola salınması, Ermənistanın onun arxasından tamamilə çəkilməsi Paşinyan üçün taktiki gedişdir".

Bunu Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

thumb.jpg (316 KB)

Politoloqun sözlərinə görə, Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsinin arxasında birbaşa Qərbin dayanması o deməkdir ki, o, Qərbin icazə verdiyi konturlar daxilində hərəkət edə bilər, onların planları daxilində addımlar ata bilər:

"Bu baxımdan düşünmürəm ki, Paşinyan belə rahatlıqla Qərbin istəklərini geri çəkə bilər. Eyni zamanda yaxşı başa düşür ki, Rusiya hər an tətikdədir. Qərb onun arxasında dayanmasa, qısa müddət ərzində Rusiya Paşinyanı devirə bilər. Ona görə də kifayət qədər Qərbə bağlı bir şəxsdir. Nikol Paşinyan atdığı addımları məhz Qərb ölkələri ilə, xüsusilə Fransa və ABŞ-la, yaxud da Brüssellə koordinasiyalı, məsləhətləşdirilmiş şəkildə həyata keçirir. Hətta bəzi nüanslarda Kremllə Qərb arasında oynayır. Amma ağırlığı Qərbə verib, çünki o, hətta İkinci Qarabağ savaşından sonra seçkiqabağı kampaniyasında da Qərbə üz tutmuşdu. Ona görə də hesab edirəm ki, Paşinyan daha çox Qərblə əməkdaşlığa üstünlük verir, bundan sonra da bu cür davam edə bilər".

63ef9bf48228363ef9bf482284167664741263ef9bf48227f63ef9bf482281.jpg (225 KB)

"Hazırkı vəziyyətdə Nikol Paşinyana alternativ varmı?" sualına Samir Hümbətov belə cavab verib:

"Hazırkı vəziyyətdə Paşinyana alternativ lider olsaydı, hər halda cəmiyyəti çəkib öz arxasınca apara bilərdi. Keçmiş prezidentlər – istər Robert Köçəryan, istər Serj Sarkisyan, istərsə də Qarabağdan çıxan Bako Saakyan, Ruben Vardanyan olsun, onlar erməni cəmiyyətində sınanmış şəxslərdir və vəziyyətləri məlumdur. Vardanyanın Qarabağdan yola salınması, Ermənistanın onun arxasından tamamilə çəkilməsi Paşinyan üçün taktiki gedişdir. Düşünümürəm ki, indiki məqamda Paşinyana rəqib var, qarşıdakı dövrdə isə ola bilər".

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.