“Ərdoğan Ukrayna üçün əhəmiyyətli şeylər etdi”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Rusiya-Ukrayna müharibəsinin birinci ildönümünə həsr olunan mətbuat konfransı zamanı deyib.
“Prezident Ərdoğana taxıl müqaviləsi də daxil olmaqla, bütün təşəbbüslərinə görə minnətdaram. Həmçinin edam oluna biləcək “Azov” batalyonunun əsirlərini Rusiyanın əlindən geri aldığına görə, Ərdoğana bir daha minnətdarlığımı bildirirəm” - deyə, Zelenski bildirib.
Baş verən zəlzələləri “böyük faciə” kimi xarakterizə edən Zelenski, Türkiyəyə növbəti dəfə başsağlığı mesajı verib: “Bu, bizim üçün də ağrılıdır. Müharibə aparan ölkə olaraq insan itkilərini öz itkilərimiz kimi qəbul edirik”.
Elvin
“AzPolitika.info”