Əliyev və Putin “qlobal xarakter daşıyacaq bir neçə meqalayihəni” müzakirə edib, - Sergey Lavrov

28-02-2023, 11:38   


Sergey Lavrov İlham Aliyev

ŞƏKLİN MƏNBƏYİ,PRESIDNET.AZ


Azərbaycan və Rusiya “qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin” hazırlanmasını müzakirə edib. Bunu Bakıya rəsmi səfərə gələn Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə bazar ertəsi keçirilmiş görüşündə deyib.

Onun sözlərinə görə, İlham Əliyev rusiyalı həmkarı Putinlə "təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını" müzakirə ediblər və “bu layihələrə hər iki ölkənin bir çox tərəfdaşı maraq göstərir”, president. az saytında yazılıb.

Lavrovun səfəri Azərbaycan və Rusiya arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti” haqqında bəyannamənin birinci ildönümünə və Münhen Təhlükəsizlik Konfransında Ermənistan və Azərbaycan rəhbərlərinin görüşündən sonraya təsadüf edir.

İlham Əliyev bildirib ki, bu bəyannamə mahiyyət etibarilə iki ölkə arasında münasibətlərin “ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir”, -prezident az yazıb.

Prezidenti deyib ki, o, bu ilin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında “irəliləyiş ili olacağına ümidvardı”.

Xəbərdə deyilir ki, Prezident iki dövlət arasında münasibətlərin nizamlanmasına kömək etməkdə Rusiyanın “xüsusi rolu” olduğunu vurğulayıb.

“Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir”, - İlham Əliyev deyib.

Azərbaycan Prezidenti ölkəsinin Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, “dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmində olduğunu” bildirib, prezident az yazıb.

Azərtac yazır ki, Rusiya XİN başçısı Sergey Lavrov iki ölkə arasında iqtisadi əməkdaşlığın göstəricisi olan əmtəə dövriyyəsinin rekord səviyyələrə çatmasından və bunun son hədd olmamasından, ölkəsinin Azərbaycanla həm də mədəni əlaqələrin inkişafında maraqlı olmasından bəhs edib.

“Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk”, - Sergey Lavrov deyib.


BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.