Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SON DƏQİQƏ! İran Silahlı Qüvvələri və İnqilab Ordusu HƏRƏKƏTƏ KEÇDİ

28-02-2023, 14:23   


İran Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə bölməsi və İnqilab Keşikçiləri Ordusunun Hava-Kosmos Qüvvələri “Guardian Sky Defenders-1401” adlı genişmiqyaslı birgə təlimə başlayıb.

Musavat.com xəbər verir ki, hava hücumundan müdafiə təlimi hava məkanının üçdə ikisini əhatə edir.

Təlimin sözçüsü Abbas Fercpur təlimdə İran istehsalı olan yerli hava hücumundan müdafiə sistemlərindən istifadə edildiyini, təlimin ölkənin şimal-qərb, qərb və mərkəzindəki hava məkanlarında həyata keçiriləcəyini bildirib.

Fercpur bildirib ki, təlim zamanı ölkənin əhəmiyyətli və kritik mərkəzlərinin mümkün düşmən hücumlarına qarşı qorunması sınaqdan keçirilir:

“Bu təlimdə mərkəzi hava hücumundan müdafiə sistemlərinin kritik nüvə, hərbi, iqtisadi baza və mərkəzlərin qəfil hücumlara hazır olmasını və taktiki müdafiə qabiliyyətini gücləndirməyi hədəfləyirik. Biz, həmçinin yerli istehsal olan döyüş təyyarələri, pilotsuz uçuş aparatları, radarlar, elektron döyüş avadanlıqları və rabitə sistemləri kimi avadanlıqlarımızı sınaqdan keçirir və yeniləyirik”.

Fercpur vurğulayıb ki, təlim İranın hava məkanının üçdə ikisini əhatə edir.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar