Erməniləri müalicə edən həkimlərimiz səhv edib? - Maraqlı açıqlamalar

5-04-2023, 14:50   


Xankəndi-Laçın yolunda halı pisləşən 3 Qarabağ ermənisinə Azərbaycanlı həkimləri ilkin tibbi yardım göstərib. Onlar əvvəlcə Şuşa modul xəstəxanasına yerləşdirilib, sonra Xankəndiyə aparılıblar.  

Azərbaycan həkimlərinin bu hərəkəti cəmiyyətin bir qismində narazılıqla qarşılanıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu həkimlərimizin bu addımını yüksək qiymətləndirib:

“Daim demişik ki, Xankəndi öz torpağımız, orada yaşayanlar da öz vətəndaşlarımızdır. Əgər bu iddianı ortaya atmışıqsa, ermənilərə hər cür yardımı göstərməyə məcburuq. Bu hərəkətimizlə bütün dünyaya nümayiş etdirdik ki, daim onlarla yanaşı yaşamağa hazırıq. Həkimlərimizin bu hərəkətini sadəcə alqışlaya bilərəm”.

Siyasi şərhçi Natiq Miri də eyni rəydədir: “Yeganə həqiqət ondan ibarətdir ki, Azərbaycan xalqı, hər zaman olduğu kimi, öz əxlaqına yaraşan davranış göstərib. Azərbaycanlılar daim insanlığa önəm verir. Xalqımız daim ehtiyacı olanlara kömək əli uzadıb və bu, davam edəcək.

Bu hərəkətlə sadəcə özümüzə yaraşanı etdik. Həkimlərimiz əli silahlı terrorçulara yox, yardıma ehtiyacı olan mülki şəxslərə köməklik göstərib. Bu məsələni tənqid etməyə heç kimin haqqı yoxdur.

Həmin ermənilərin Azərbaycan dilində danışmasına gəlincə, torpaqlarımızda yaşayan dilimizi öyrənməyə məcburdur”.

Həcər ƏMİRASLANLI 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.