Aprelin 5-də İran parlamentinin 210 fars deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib. Onlar yenə hədlərini aşaraq İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik "tədbirlər görməyə" səsləyiblər.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
"Azpolitika.info" xəbər verir ki, İslam dəyərlərinə açıq hörmətsizlik edən, məscidlərdə donuz saxlayan erməniləri qoruyan fars rejiminin deputatları Azərbaycanın İsraildə səfirlik açmasından narahat olub. Hətta utanmadan Azərbaycan hökumətinin bu qərarını "İslam dünyasının maraqlarına zidd hərəkət" kimi təqdim edib.
Bununla da kifayətlənməyən fars rejiminin deputatları Azərbaycan hökumətinə qarşı yenidən təhdid dilindən istifadə ediblər. Azərbaycan Respublikasının İsraildə səfirlik açmasının "birr çox mənfi siyasi nəticələri olacağı" iddia edilib...
"Azpolitika.info"