İki gündür ki,Vergilər Nazirliyinin müfəttişləri və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ABŞ-ın Karnegi Fondunun Azərbaycan nümayəndəliyində yoxlamalara başlayıblar. Böyük yeyinti ittihamları ilə üzləşən nümayəndəlik ABŞ senatorlarına müraciət edib.
Bu barədə “avropa.info” mənbə açıqlamadan məlumat yayıb.
Məlumatda deyilir ki, nümayəndəliyin bütün sənədləri yoxlanmaq üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. Nümayəndəliyin rəhbəri Nəcəf Allahverdiyev də sentyabrın 18-də həmin idarədə 6 saat dindirilib. Onun ölkədən çıxışı qadağan edilib.