Bu həftə İran parlamentinin 210-a yaxın deputatı bəyanat yayaraq Azərbaycanın İsraildə səfirlik açmasını pisləyib və İran Xarici İşlər Nazirliyini bununla bağlı tədbir görməyə çağırıb.
Azərbaycan parlamentinin cavabı özünü çox gözlətmədi. Milli Məclis son iclasında İran deputatlarının bu bəyanatını İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi "növbəti siyasi təxribat" kimi qiymətləndirildi.
Belə görünür ki, İsraillə əməkdaşlığa böyük önəm verən Azərbaycanın İranla münasibətlərində leksikon getdikcə sərtləşir.