Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb - ölü sayı arta bilər- VACIB

11-04-2023, 17:51   


Laçın-Gorus istiqamətində baş vermiş atışma nəticəsində 3 erməni hərbçi ölüb, çoxlu yaralı var.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb.

“Hraparak” Zəngəzurdakı mənbəyə istinadən məlumat yayıb ki, yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri, hazırda əməliyyat olunan Armen Gezalyan da var. Onun əməliyyat olunduğu bildirilir.

Nəşr onu da qeyd edir ki, erməni tərəfi hələ də atışma zamanı yaralıları hadisə yerindən çıxara bilməyib, odur ki, ölənlərin sayı arta bilər.

Caliberin məlumatına görə, erməni tərəfi 6 itki verib.

Musavat.com

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.