Obama Poroşenkoya "Yox" dedi

19-09-2014, 16:17   
Obama Poroşenkoya "Yox" dediABŞ Ukraynaya ağır texnika və NATO-dan kənar xüsusi müttəfiq statusu verməkdən imtina edib.

Musavat.com-un məlumatına görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtona son səfərinin yekunlarını CNN efirində şərh edərkən bildirib.

“Prezident Barak Obama ilə görüşün yekunu bundan ibarətdir”, - deyə Ukrayna lideri deyib: “O (Obama –red.) dedi ki, “yox, çünki sizin artıq xüsusi statusunuz var, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq indiki məqamda onsuz da olduqca yüksəkdir, nəinki NATO-dan kənar xüsusi müttəfiq olsaydınız” - əlavə edib Poroşenko.

Poroşenkonun sözlərinə görə, ABŞ-la anlaşmalar ağır hərbi texnikanın alınmasını da nəzərdə tutmur. Kiyev bu silahları başqa ölkələrdən əldə edəcək. Amerika isə hərbi təlimatçılar, zirehli jiletlər, kaskalar, nəqliyyat vasitələri və gecə müşahidə cihazları verəcək.

Bununla belə, Ukrayna lideri müsahibəsində “Amerikanın bu cür paket hərbi köməyindən tam məmnun qaldığını” da vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.