“İraq Şam İslam Dövləti” Suriyanın Türkiyə sərhədinə yaxın 16 kürd kəndini ələ keçirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçulardan qaçan sakinlər dağlarda məskunlaşmağa məcbur olub.
İŞİD yaraqlıları hücumlar zamanı tank və raketlərdən istifadə ediblər.
Davam edən intensiv atışma Türkiyənin sərhəd bölgələrindən də aydın müşahidə edilib.
Suriya İnsan Hüquqları Mərkəzi yaydığı açıqlamada biuldirib ki, İŞİD xeyli sayda yaraqlılarla böləgəyə daxil olub. Artıq onlarla suriyalı ailə Akçakale Gömrük məntəqəsindən avtobuslar vasitəsi ilə Türkiyəyə aparılıb.