Tehranın nüvə proqramı ilə bağlı danışıqların növbəti raunduna bu gün start verilib. Nyu-York görüşündə İran, ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya nümayəndələri iştirak edir.
İran nüvə razılığının əldə edilməsi istiqamətində iş apardığını iddia etsə də, təhlilçilər noyabr aının 24-də başa çatacaq möhlətədək nailiyyət əldə ediləcəyini düşünmür. Belə ki, tərəflər iyul ayına təyin edilən əvvəlki möhlətədək razılığa gələ bilməyib.
Bu həftənin əvvəllərində İran və ABŞ diplomatları müzakirələr keçirmiş, sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın uran zənginləşdirilməsi proqramının dondurulmasına dair müvəqqəti razılıq əldə etmişdi.