Ermənistanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Türkiyə və Azərbaycan bayraqlarına qarşı növbəti təxribat törədilib.
Axar.az xəbər verir ki, yarışın keçirildiyi zalın tavanından Azərbaycan və Türkiyənin cırılmış bayraqları asılıb. Digər dövlətlərin bayraqları isə normal vəziyyətdədir.
Yayılan görüntülərdə bayraqların bilərəkdən cırıldığı açıq şəkildə görünür.
Qeyd edək ki, İrəvanda 14 apreldə ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Ermənistanın İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri Aram Nikolyan səhnədən Bayrağımızı qaparaq yandırıb. Bundan sonra Azərbaycan idmançıları çempionatda iştirakdan imtina edərək, Vətənə qayıdıblar.