“Azərbaycan onları əsir götürə bilər” - SON DƏQİQƏ açıqlaması

17-04-2023, 22:21   


Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlər (Aqşin Bəbirov və Hüseyn Axundov) barəsində cinayət işi açılıb, həbs qərarı verilib.

Bu halda Azərbaycan hansı addımları atacaq və ya atmalıdır?

68414356_645616105947144_2115501096720924672_n.jpg (190 KB)

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sözçüsü, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan bu vəziyyətdə 2 yoldan istifadə edəcək – hüquqi və qeyri-hüquqi yol (hərbi).

“Azərbaycan daha öncə İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etdi. Bu məhkəmə Avropa Şurasına üzv olan ölkələrin hüquqi münasibətlərini aydınlaşdırır. Şəxsiyyətin alçaldılması, vicdan, fikir azadlığı, ləyaqət hüququnun qorunması kimi məsələlər var ki, onlar pozuldu. Bütün bunların əsasında Azərbaycan Avropa Məhkəməsinə müraciət etdi.   

Əsirlərlə bağlı Cenevrə Konvensiyaları var. Azərbaycan çalışacaq ki, həmin Konvensiyalarla öz vətəndaşlarının geri qaytarılmasını təmin etsin. Ermənistan nə dərəcədə Cenevrə Konvensiyalarına hörmət göstərir? Biz bunu daha öncə müxtəlif situasiyalarda görmüşük. Bu, Şahbaz Quliyevlə Dilqəm Əsgərovun Ermənistanda girov götürülməsi prosesi idi. Ermənistan bu məsələləri həll etmədi. Müharibənin nəticələrinə görə onlar Azərbaycana qaytarıldı.

Bir sözlə, Azərbaycan Cenevrə Konvensiyalarına görə beynəlxalq humanitar hüquqla bağlı BMT-yə müraciət edəcək. İkincisi, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Heç şübhəsiz, üçüncü yer önəmlidir. Çünki Ermənistanla Azərbaycan arasında müəyyən olunmaq ərəfəsində olan çoxlu sərhəd xətləri var. O sərhəd xətlərinin bəzilərində erməni hərbçilər qeyri-qanuni şəkildə mövqe xidməti aparır. Onların Azərbaycan tərəfinə əsir düşmə ehtimalı relyefin xarakterinə uyğun olaraq yüksəkdir. Bu problemləri nəzərə alsalar, yaxşı olar, nəinki Azərbaycana təzyiq, psixoloji sarsıntı məqsədilə hərbçilərini əsir götürsünlər. Azərbaycan da bu yola əl ata bilər. Görünür, onlar bu vasitə ilə Azərbaycanda müharibə cinayətləri törədib, istintaqa cəlb edilən erməni hərbçilərini dəyişdirmək istəyirlər”, - siyasi şərhçi vurğulayıb.

Aytən Novruz
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.