Baş nazir Davudoğlu bu barədə Azərbaycanda açıqlama verib
Türkiyənin baş naziri Əhməd Davudoğlu, İŞİD-in girov götürdüyü 49 diplomatın Türkiyə vaxtı ilə saat 5:00-da (Bakı vaxtı ilə 07.00) Türkiyəyə qaytarıldığını bildirib.
ANS PRESS-in məlumatına görə, Davudoğlu, səhərə yaxın verdiyi şərhdə bunları bildirib: “Gecə yarısı girovlarla ilk təmas təmin edilib və saat 05:00-a kimi də Türkiyəyə gətiriliblər. Artıq prezidentə də lazımi məlumat vermişik. Mən də buradan (Azərbaycandan) 49 vətəndaşımız ilə görüşmək üçün Şanlıurfaya gedəcəyəm”.
Baş nazir girovların sağlamlığına toxunaraq: “Sağlamlıq Vəziyyətləri yaxşıdır. Başda, Kəşfiyyat təşkilatımıza, mətbuata və bütün vətəndaşlarımıza təşəkkür edirəm. Böyük keçmiş olsun”.
Xatırladaq ki, iyunun 11-də Türkiyənin Mosuldakı konsulluğunun 49 əməkdaşı İŞİD terrorçuları tərəfindən girov götürülmüşdü.