Azərbaycandan Rusiya-İran-Ermənistan birliyinə ŞOK ZƏRBƏ

22-04-2023, 16:30   


“Azərbaycanla NATO arasında birgə təlimlər əvvəllər də keçirilib. Bu, dəfələrlə olub - əməliyyat imkanları konsepsiyası təlimləri keçirilib. Bu təlimlərdə əsasən bütün şəxsi heyət Azərbaycan personalı olub (silah və təchizat da daxil). Sadəcə kiçik bir qrup idarə heyəti olaraq gəlib. Onlar qərargahın birgə idarə olunmasında, əməliyyatların təşkilində iştirak ediblər”.

Bu sözləri Musavat.com-a açıqlamasında NATO-nun mobil təlim qrupunun Azərbaycana gəlişinə münasibət bildirən hərbi ekspert Alp Arslan İmamqulu deyib.

alp.jpg (82 KB)

Hərbi ekspert hesab edir ki, mobil təlim qrupuna yenə kiçik bir qrup daxildir:

“Bu qrup əsasən komanda-qərargah idarəetməsində iştirak edəcək. Azərbaycan zabitləri ilə birgə təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məsələlərinə diqqət yetiriləcək. NATO-nun da bölgədə müəyyən maraqları var. NATO bu cür təlimləri sadəcə Azərbaycanda deyil, vaxtaşırı olaraq bir çox ölkələrdə və ərazilərdə keçirməkdədir. Xüsusən də Cənubi Qafqazda – Gürcüstanda dəfələrlə bu cür təlimlər təşkil olunub. Hətta Gürcüstanda daha genişmiqyaslı personalın cəlb olunması ilə təşkil edilib”.

“Rusiya NATO mobil təlim qrupunun Azərbaycana gəlişinə necə reaksiya verə bilər?” sualına Alp Arslan İmamqulu belə cavab verib:

“Rusiyanın bu məsələlərdən qıcıqlanmasının bizim üçün heç bir önəmi yoxdur. Biz Azərbaycan olaraq müttəfiqlərimizin sayını artırmaqda maraqlıyıq. Xüsusən də Rusiyanın Ermənistana dolayısı ilə dəstək verməsi, İranla proksi fəaliyyət göstərməsi Azərbaycanın bölgədə Türkiyə ilə yanaşı, NATO-nun bir sıra dövlətləri ilə birgə təlimlər keçirməsinə şərait yaradır”.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.