Terror təşkilatına qarşı əməliyyat: 60 ölü

20-09-2014, 12:45   
Terror təşkilatına qarşı əməliyyat: 60 ölüBu barədə ordu tərəfindən tvitter sosial şəbəkəsində açıqlama verilib
Nigeriyada “Boko Haram” terror təşkilatına qarşı ordu qüvvələri əməliyyat həyata keçirib.

ANS PRESS-in məlumatına görə, Nigeriyanın cənub-şərqində yerləşən Konduqa şəhərində “Boko Haram” silahlıları ilə ordu qüvvələri arasında döyüş olub. Bu barədə ordu tərəfindən tvitter sosial şəbəkəsindən açıqlamada bildirilib.

Saatlarla davam edən silahlı qarşıdurma zamanı bir əsgərin öldüyü, 4-nün yaralandığı, terrorçu silahlıların isə 60-nın məhv edildiyi qeyd edilir.

Hökumət ordusu terrorçularla döyüşdə 24 tüfəng, 5 əl qumbarası dolu çanta, iki avtomat və bir zenit ələ keçirib.

Bir neçə gün əvvəl də hökumət tərəfindən verilən açıqlamada ordunun ölkənin şimal-şərqində 100-dən çox "Boko Haram" döyüşçüsünü öldürüldüyü bəyan edilmişdi.

Qeyd edək ki, “Boko haram” qruplaşması son vaxtlar etdiyi hücumlar nəticəsində 2.5 miyon əhalisi olan Adamava ştatının 6 şəhərini ələ keçirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.