Laçın dəhlizi hələ sovet illərindən strateji əhəmiyyətə malik olub. Ona görə də Azərbaycanın ilk dəfə olaraq bu yolda, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini qurması tarixi hadisə, eləcə də terrorçu-kriminal ünsürlərin bütün nəfəslikərinin qapadılması kimi qiymətləndirmək lazımdır. Azərbaycan hakimiyyəti növbəti geosiyasi şəraiti dəyərləndirərək Laçın koridorunda NBM qurmağa müvəffəq ola bildi. Necə ki, 44 günlük müharibədə əks-hücum əməliyyatları məhz geopolitik vəziyyətin ən əlverişli vaxtında başlamışdı, eləcə də Laçın dəhlizində nəzarət postu yaradılması dünyada hazırkı kataklizmlər dövründə şahmat taxtasındakə at gedişinin bənzəridir. Anaxeber.info-nun analitik şöbəsi təhlil edir ki, bu kontekstdə parlament üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun Milli Məclisdə son çıxışına xüsusi diqqət yetirmək zərurəti var. Hakimiyyətin siyasi mətbəxinə yaxşı bələd olan, iqtidarın strateji addımlarını, xarici siyasət kursunu yaxşı bilən, regionda və dünyada cərəyan edən qaynar prosesləri soyuq ağılla analiz etməyi bacaran millət vəkili Zahid Orucun son fikirlərini həm də informasiya yükü ilə dolu anonslar kimi qəbul etmək olar. Söhbət ardıcıllıqla gedən prosesin nəticələrindən gedir: Ordumuzun Fərrux dağını, strateji yüksəklikləri nəzarətə götürməsi, bala Göyçə gölünün sahilinə yaxınlaşmağımız, Qarabağda torpaq yollar da olmaqla bütün qaçaq-quldur keçidlərinin separatçılar üçün bağlanması, ən nəhayət, Ermənistanla sərhəddə NBM quraşdırılması sistemli addımların nəticəsidir. Eyni zamanda, Zahid Oruc çıxışında növbəti mərhələnin silahlı ermənilərin bölgədən çıxarılması olacağına işarə edir. Yəni onlar tərki-silah olunacaq, təslim olmayanların ya meyiti çıxarılacaq, ya da özləri çıxıb gedəcəklər. Hətta qondarma rejimin əldəqayırma ombudsmanı Petrosyan aprelin 26-da etiraf edib ki, Bakının Laçında yolunda nəzarət məntəqəsi qurması ermənilərin çoxunun getməsinə səbəb olacaq. Onun sözlərinə görə, əksəriyyət Azərbaycan sərhədçilərinin onları yoxlamasına, üçrəngli bayrağımızın altından keçməsinə razı olmayacaq, ona görə Qarabağdan köçəcəklər. Terrorçu ünsürlərin nümayəndəsi Petrosyan digər təlxək toplusunun üzvləri də oxşar addımlar atacaqlar. Hərçənd ki, rəsmi Bakı dinc erməni əhalisinə vətəndaşlıq təklif edir, lakin cəmiyyətimizin ürəyindən olardı ki, Qarabağ ermənisizləşsin. Yalnız bu halda əsl ədalət və dayanıqlı sülh ola bilər. Amma hər halda qarşıda bizi gözləyən prosesləri təhlil edəndə, deputat Zahid Orucun fikirlərinə diqqət yetirəndə belə qənaət hasil olur ki, Azərbaycan hakimiyyəti yeni addımlara hazırlaşır. Bu gedişatda bizim üçün kritik strateji nüanslar nəzərdən qaça bilməz: Ukrayna bataqlığında çırpınan Rusiyanın Azərbaycana və Türkiyəyə olan əşhədü ehtiyacı, Moskvanın bu səbəbdən dişsiz bəyanatları, İrana qarşı beynəlxalq koalisiyanın formalaşdığı zamanda ABŞ-ın Bakıya dözümlü yanaşması, rus qazından asılılığı azaltmaq naminə Avropa İttifaqının Bakı qazına olan ehtiyacı bizə bu mürəkkəb geosiyasi və geoekonomik hadisələrin içində Qarabağda suverenliyin tam təmin olunması üçün yeni üfüqlər, fürsətlər açmaqdadır. Ona görə prezident Əliyev "nəyi vaxt etməyi özüm bilirəm" dedikdə məhz geosiyasi proseslərin gizli tərəflərindən məlumatlı olduğunu nəzərdə tutur. Yəni bunu "özüm bilərəm" kimi şərh etmək yanlış olar, bağlı qapılar arasında görüşlər, Kreml, Vaşinqton və Aİ üçbucağında danışıqlar, Bolqarıstan, Serbiya, Albaniya kimi Balkan ölkələrinə, Şərqi Avropaya enerji əməkdaşlığı ilə bağlı səfərlər öz praktiki nəticələrini Laçında nəzarət postu qurmaqda, strateji ərazilərə hakim olmaqda göstərməkdədir. Bunun davamı isə Əliyevin Blinkenə də açıqladığı 10 min erməni hərbçinin Qarabağdan şələ-şüləsini yığışdırmaq olacaq. Biz 3 min şəhidi ona görə verməmişik ki, 10 min erməni terrorçusu, Araik və quldur dəstəsi orada daimi qalsın. Biz büdcədən pul ayırıb Ermənistanla Qarabağə birləşdirən yeni yolu ona görə tikməmişik ki, buradan silah-sursat daşınsın. Bu baxımdan Zahid Orucun fikirlərini növbəti mərhələyə hazırlığın anonsu kimi şərh etmək olar. Artıq Xankəndiyə, Xocalıya girməyimiz an məsələsidir. İkincisi, Azərbaycan üçtərəfli sənəddə yolun humanitar məqsədlər üçün açıq olmasına razılıq verib, daha bu dəhlizlə silah-sursat, mina daşınmasına, separatçıların döyüş mövqelərinə hərbi texnika aparılmasına, bizə qarşı ərazilərimizdə terrorçuluq edilməsinə şərait yaradılması üçün razılaşmayıb ki?! Bəli, yol açıqdır, dinc erməni sakinləri rahat gedib-gələcək, yoxlanacaq, əgər üzərində qumbara, yaxud partlayıcı maddə yoxdursa, silah aparmırsa, bizim sərhədçilərimiz onların gediş-gəlişinə heç bir problem yaratmayacaqlar. Maraqlıdır ki, ermənilər bu yoldan humanitar niyyət üçün istifadə edirlərsə, o zaman sərhəd xidmətimizin yoxlamasından niyə narahatdırlar? Odur ki, Fransa, ABŞ, Rusiya, hətta xəritədə Laçının harada olduğunu bilməyən Kanada və alman bundestaqı "narahatlıq" dolu bəyanatlar versələr də, nəticə dəyişməyəcək - Azərbaycan bütün qonşularla sərhədlərini bərpa edib və sonuncu da bu hadisə idi...
Anaxeber.info