Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni rəhbəri, general-polkovnik Aleksandr Lentsovun arvadı millətçi ermənidir.
Axar.az xəbər verir ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı professor Kamran Rüstəmov yazıb.
“Rusiya 67 yaşlı general Lentsovu Qarabağdakı sülhməramlıların komandiri təyin edib. Ən diqqətçəkən məqam isə onun həyat yoldaşının milliyyətcə erməni olmasıdır.
Bu fakt milyarder Vardanyanın dolayısı ilə başçılıq etdiyi Qarabağ separatçılarına ümidlər verdi. Görünür, təkcə bu fakt yox, eləcə də bəzi qərbyönümlü dağıdıcı qüvvələr Rusiyanın özündə də onu Cənubi Qafqaz avantürasına çəkməyə çalışırlar.
Vardanyanın Azərbaycana qarşı hədə-qorxu ilə səsləndirdiyi bəyanatları sübut edir ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına soxulmuş cinayətkar ünsürlər silahlı terror qruplaşmaları ilə birlikdə bütün Qarabağdakı erməni icmasını öz aqoniyasında yaşatmağa hazırdırlar.
Göründüyü kimi, tələyə düşən vardanyanlar bu əməllərinə görə ciddi cəza alacaqlarını anlayırlar. Ona görə də sadə insanların arxasında gizlənərək problemlərini həll etmək istəyirlər.
Düşünürəm ki, Moskvada ayıq zehinlər ədalətdən gizlənərək müxtəlif ölkələrdən olan kriminal strukturların və soyğunçuların ruslardan qalxan kimi istifadə etməsinə imkan verməyəcəklər.
Fikrimcə, Rusiyanın yüksək siyasi dairələrində hesabat verirlər ki, sülhməramlıların separatçılara dəstəyi Azərbaycanda Moskvanın 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatı və 22 fevral 2022-ci il Moskva deklarasiyasının öhdəliklərini yerinə yetirməkdən imtina etməsi kimi qəbul olunacaq.
Hər kəs çox gözəl bilir ki, 60 milyonluq Azərbaycan xalqı hansı ölkədə yaşamasından asılı olmayaraq, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin antiazərbaycan qüvvələrin məhvinə yönəlmiş bütün hərəkətlərini tam dəstəkləyəcək.
Azərbaycan ölkənin azadlığına və müstəqilliyinə, onun dövlət və konstitusiya əsaslarına qəsd edənlərin hamısından azad edilməlidir”, - professor bildirib.