Kanada Hərbi Hava Qüvvələri öz sərhədləri yaxınlığında 6 Rusiya təyyarəsi qeydə alıb.
Axar.az rbc.ru saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının(NORAD) Mətbuat katibi polkovnik-leytenan Maykl Yazdık çıxış edib.
O, rus təyyarələrinin Alyaska yaxınlığından müşahidə edildiyini bildirib. Yazdık rus qırıcı təyyarələrinin tutulması üçün iki F-22 qırıcılarının havaya qaldırıldığını deyib:
“Alyaska yaxınlığında müəyyən olunan təyyarələr iki yanacaq daşıyan İl-78, iki qırıcı MiQ-31 və iki bombardımançı Tu-95-dir. Biz həmçinin iki bombardımançı təyyarənin saxlanması üçün CF-18-ləri havaya qaldırmışıq. Son beş il ərzində Kanada sərhədlərinə yaxın ərazidə 50 rus bombardımançı təyyarəsinin uçduğu qeydə alınıb”.