Xəstələrinə qarşı əxlaqsız edən azərbaycanlı həkim

20-09-2014, 14:09   
Xəstələrinə qarşı əxlaqsız edən azərbaycanlı həkimTürkiyədə işləyən azərbaycanlı həkimi 20 il həbs gözləyir
Türkiyədə Azərbaycan vətəndaşı olan həkim 20 il müddətinə həbs edilə bilər.

ANS PRESS-in məlumatına görə, həkim F.İ iki qadın xəstəsinə qarşı seksual xarakterli hərəkətlərdə ittiham edilir.

Məlumata görə, asissent həkim F.İ İzmir şəhərindəki universitetin urologiya şöbəsində çalışıb. O, müayinə zamanı iki qadına əllə taciz edib.

Həkimdən şikayət edən qadınlar 58 və 25 yaşlarında olublar. M.K. adlı qadın həkimin uzun müddət onun cinsi orqanına əli ilə toxunduğu və alt geyimlərini çıxararkən onu izləməsini, digər xəstə D.E. isə tibb işçisinin onun sinəsinə toxunduğunu, yanağından öpdüyünü deyərək şikayət edib.

Şikayətdən sonra azərbaycanlı həkim haqqında "seksual xarakterli hərəkətlər" ittihamı ilə cinayət işi açılıb. Həkimin 6-20 il azadlıqdan məhrum edilməsi tələb edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.