BMT missiyasının səfəri niyə yarımçıq qaldı?

20-09-2014, 15:12   
BMT missiyasının səfəri niyə yarımçıq qaldı?Elçin Behbudov: «Penitensiar xidmətin belə addım atması Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcək»

Yaşar Isakov: «BMT nümayəndələri maneəsiz monitorinq aparıb və heç bir narazılıq bildirməyiblər»

Işgəncələrin qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt Komitəsi (IQAT) Azərbaycanda qarşılaşdığı maneələr üzündən səfərini dayandıraraq, ölkəni tərk etmək qərarına gəlib. Qeyd edək ki, Alt Komitə Azərbaycanın da tərəf olduğu BMT-nin Işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının fakültativ protokolu (OPCAT) əsasında burada öz mandatını həyata keçirərkən maneələrlə qarşılaşıb.

Məlumata görə, Azərbaycanın rəsmi qurumları cəzaçəkmə yerlərinə məhdudiyyətsiz girişlə əlaqədar vəd versələr də, nümayəndə heyətinin həmin müəssisələrin bir neçəsinə, ümumiyyətlə, daxil olmasına imkan verilməyib. Daxil ola bildikləri cəzaçəkmə müəssisələrində də öz vəzifələrini tam yerinə yetirmələrinin qarşısı alınıb.

Buna görə BMT-nin missiyası Azərbaycan hökumətini ittiham edir və götürülən öhdəliklərə əməl edilmədiyini bildirir.

Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Azadlıq”a açıqlamasında bildirdi ki, BMT-nin missiyasının incikliyi haqlıdır və onlara qarşı belə münasibət yolverilməzdir: “BMT-nin Işgənəcələr Əleyhinə missiyası dünyada tanınmış bir qurumdur və bütün ölkələrdə monitorinq apararır. Azərbaycanda bu qurum DIN-in polis şöbələrində monitorinq aparıb və narazı qalmayıb. Ancaq, Penitensiar xidmət tərəfindən monitoqinq aparılmasına məhdudiyyət yaradılıb və haqlı incikliyə səbəb olub. Hesab edirəm ki, bu addım Azərbaycanın imicinə mənfi təsir göstərəcək və onlara qarşı belə bir məhdudiyyət yolverilməzdir”.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti rəisinin mətbuat məsələləri üzrəÿköməkçisi Yaşar Isakov isə bildirdi ki, Işgəncələrin Qarşısının Alınması üzrə BMT-nin Alt-Komitəsi (IQAT) Azərbaycanın da tərəfdar olduğu BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın protokolu (OPCAT) əsasında mandatına uyğun olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrə maneəsiz baş çəkib: “Baş çəkmə proqramı çərçivəsində BMT nümayəndələri Penitensiar Xidmətin Müalicə müəssisəsinə 2 dəfə, həbsxanaya, 8 saylı Cəzaçəkmə müəssisəsinə, Bakı Istintaq təcridxanasına, 2 və 3 saylı Istintaq təcridxanalarına baş çəkib, onları maraqlandıran şəxslərlə təklikdə görüşüblər.ÿBaş çəkmələr zamanı təqsirləndirilən şəxslərinÿvə məhkumların saxlanılma şəraiti ilə bağlı BMT nümayəndələriÿtərəfindən Penitensiar Xidmətəÿheç bir irad bildirilməyib” - deyə Yaşar Isakov bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.