Qurtuluş-93” kooperativinin sədri məhkəmə qarşısında - Dələduzluqda ittiham olunur

6-05-2023, 09:17   



Hüseyn Əsgərov dələduzluq və vəzifə saxtakarlığında ittiham olunur


“Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. O, mənzillərin satışıyla əlaqədar dələduzluqda ittiham olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Hüseyn Əsgərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

“Hüseyn Əsgərovun “Qurtuluş” Mənzil-İstismar Kooperativinin sədri vəzifəsində işləyərkən “Birlik-İnşaat” MMC-nin inşa etdiyi yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərlə başqa şəxslərə satmaqla, 166 min manatdan artıq pulu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib”, – prokurorluğun məlumatında belə deyilir.

Hüseyn Əsgərov bundan əvvəl də başqa bir cinayət işiylə əlaqədar ittiham hökmü çıxarılıb.

Kooperativ sədrinin özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.