Qondarma Donetsk respublikasının "xalq qubernatoru" Pavel Qubarev açıqlama verərək Zaparojets şəhərinin də yaxın günlərdə onların nəzarətinə keçəcəyini bildirib.
Avropa.info-nun məlumatına görə, "qubernator" deyib ki, hazırda onlar güclü, Ukrayna isə zəif tərəfdir.
Qubarevin sözlərinə görə, Zaparojets şəhərinin əhalisinin böyük bir qismi hazırda onları dəstəkləyir: "Biz Luqanskdan Odessaya qədər böyük bir ərazini əhatə edən yeni Rusiya yaratmalıyıq. Bu ərazi böyük Rusiyanın tərkibi və davamı olmalıdır”.
Minskdə imzalanan protokoldan danışan meri bildirib ki, Minskdə imzalanan protokol onu maraqlandırmır, onun idarə etdiyi şəhərin öz qanunları, öz hüquqları var.