Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında telefon danışığı olub. Ukrayna mətbuatının məlumatına görə, Poroşenko və Merkel tərəflərin sentyabrın 5-də Minskdə imzaladıqları protokol və sentyabrın 19-da qəbul etdikləri bəyannamədən sonra münaqişənin nizamlanmasında irəliləyiş olduğunu qeyd ediblər.
Eyni zamanda Avropa Birliyinin Ukraynaya iqtisadi yardım paketinin üçüncü hissəsinin ayrılması da müzakirə edilib.