Fransa İrəvana bu silahları göndərir – Sensasion detallar

16-05-2023, 14:22   




Fransa israrlı vədlərdən sonra Ermənistana ölümcül silahların tədarükünə başlamaq qərarına gəlib. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Azfront” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, yaxın vaxtlarda Fransadan Ermənistana 50 zirehli transportyorun ilk partiyasının tədarüklünə başlanılacaq:

“Ukrayna xüsusi xidmət orqanları 2022-ci ilin ortalarından Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətə nəzarət edir. Kiyev qorxur ki, Ermənistana verilən Qərb hərbi texnikası ruslarin əlinə keçə və onlar tərəfindən istifadə oluna bilər. İrəvan və Moskva arasında sıx hərbi əməkdaşlıq, o cümlədən ölkədə iki Rusiya hərbi bazasının olması bu ehtimalı olduqca yüksəkdir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Fransa ilə Ermənistan arasında birbaşa hərbi əməkdaşlığa başlamaq qərarı Ermənistan müdafiə naziri Suren Papikyanın 2022-ci ilin sentyabrında Parisə səfəri zamanı qəbul edilib:

“Bu sahədə tərəfdaşlığın inkişafını müxtəlif mənbələr də bildirir. ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə analitik nəşri “Global Security Review” silah tədarükü ilə bağlı yazır ki, Fransa Prezidenti Emmanuel Makronun ermənipərəst ritorikası hava hücumundan müdafiə sazişinə gətirib çıxara bilər. Məqalədə Fransanın “Mistral” zenit-raket komplekslərinin Ermənistana tədarükünün mümkünlüyü də qeyd olunub. Ötən ay Fransa xüsusi xidmət orqanlarının tanınmış ruporu olan “İntelligenceonline.fr” nəşri Parisin İrəvana silah ixracı ilə bağlı sistem qurmaq üçün hazırlıqlara başladığını yazıb. Eyni zamanda, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz qarşıdan gələn silah tədarükü ilə bağlı deyib: “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik”.

Rusiyanın REX nəşri də bildirib ki, Fransanın Ermənistana verməyi planlaşdırdığı hərbi yardıma ilkin olaraq ölümcül silahlar daxildir. İranın “Yazeco” informasiya xidməti də yeni hərbi attaşenin Fransa silahlarının Ermənistana tədarükünə nəzarət edəcəyini qeyd edib. “Ermənistana silah göndərilməsi ilə bağlı Parisin hərbi-siyasi qərarının əsas dəstəkçisi Prezident Emmanuel Makronun özü olub”, - “Yazeco” yazıb.

Məlumata görə, Ermənistana silah tədarükünün başlanması Fransanı İsraillə toqquşma kursuna yönəldib. Çünki Qüdsün rəsmi siyasətinə görə, İsrail özünü Azərbaycanın strateji tərəfdaşı hesab edir və müdafiə qüvvələrinin bütün ehtiyaclarına uyğun silahların əsas təchizatçılarından biridir.

Qeyd edilib ki, Ərdoğanın Türkiyədəki seçkilərdə uduzacağı təqdirdə İsrail Tehran tərəfindən daim təhdid olunan Bakının yeganə strateji müttəfiqi olacaq:

“Cənubi Qafqazda Fransa-İsrail ziddiyyətləri ötən ilin dekabrında özünü açıq şəkildə büruzə verdi. İsrail parlamentinin onlarla nazir və deputatı Azərbaycan Milli Məclisinə məktub yazdı: “Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi və Avropa Birliyinin ondan qaz və neftin alınmasına embarqo qoyulması barədə qətnaməsi bizi xoşagəlməz şəkildə təəccübləndirir. Bu qərar bu gün İsrail və Qərb dünyası ilə sıx əlaqələr saxlayan mütərəqqi, əhalisi şiə müsəlman olan Azərbaycanı zəiflətmək istəyən İranın əlinə oynayır.

Türkiyə kontekstində fransızların prezident seçkiləri ərəfəsində İrəvanı silahla təchiz etməyə başlaması görünəndir. Ərdoğan son üç ildə həm Aralıq dənizinin şərqində, həm də Cənubi Qafqazda dəfələrlə özünü Makronun rəqibi kimi açıq şəkildə göstərib. Bu, xüsusilə iki il əvvəl, Azərbaycanın İkinci Qarabağ müharibəsində Türkiyə və İsrailin dəstəyi ilə qələbəsindən sonra özünü büruzə verdi.

Qərbin aparıcı nəşrləri yazır ki, Ermənistan təkcə Rusiyaya sanksiyalardan yayınmada deyil, həm çip və mikrosxemlərin gizli ixracında, həm də Moskvaya göndərilən İran silahlarının daşınmasında mərkəzi rol oynayır.

Həmçinin aprel və may aylarında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən toqquşmalar zamanı İrəvan İranın pilotsuz uçan aparatlarından istifadə edib. Fransa silahlarının iranlıların əlinə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. Əks mühəndislikdən geniş şəkildə istifadə edən İran silah istehsalçıları Yaxın Şərqdə sabitliyi pozmaq istəyən bir neçə terror təşkilatına ixrac edilən silahlarını modernləşdirmək və təkmilləşdirmək üçün bu cür taktikalardan istifadə edə biləcəklər.

Tanınmış israilli ekspert Ron Ben Yişay artıq xəbərdarlıq edib ki, İranın hərbi sursatlarının modernləşdirilməsi və təkmilləşdirilməsi hazırda İranın müharibəni qızışdırmasına qarşı olan bütün güclər, xüsusilə İsrail üçün daha böyük təhlükəyə çevriləcək”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.