Mahmud Əhmədinejad prezident olanda danişıqlara start verilibmiş
"Reuters"in yaydığı xəbəri sensasiya hesab etmək olar. Agentlik İran İslam Respublikasının yeni prezidenti
Həsən Ruhaninin siyasi məsələlər üzrə məsləhətçisi Həmid Abutalibin “Twitter”də paylaşdığı statusa istinadən bildirib ki, ABŞ-la İran arasında son 2 ildə gizli danışıqlar aparılıb. Danışıqlara Mahmud Əhmədinejad prezident olarkən start verilib. İndi də həmin danışıqlar davam edir.
Qeyd edək ki, ABŞ-la İran arasında gizli danışıqlarla bağlı mediada dəfələrlə xəbərlər yayılsa da, öz təsdiqini tapmamışdı. Bu dəfə isə yüksək ranqlı siyasi xadim bunu etiraf edir./müsavat.com/