Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularının növbəti dəfə silah daşıdığı üzə çıxıb.
Axar.az xəbər verir ki, silah daşındığını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.
Videodan da aydın görünür ki, rus sulhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların "postları" arasında silah daşımasına yardım edirlər.
Zəruri qeyd: Söhbət Ermənistandan silah gətirilməsindən yox, separatçı-terrorçuların daxildə “postlararası” sursat və şəxsi heyət daşımasından gedir. “Laçın” postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil.