Yeni şəhərin icra hakimiyyəti üçün bina tikilir
Sumqayıt şəhərinin bölünməsi ilə bağlı uzun müddətdir ki, yayılan xəbərlər özünü doğrultmaqdadır. Belə ki, artıq bölünəcək şəhərdə fəaliyyət göstərəcək yeni icra hakimiyyəti üçün dövlət binasının inşasına start verilib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, inşa işləri şəhərin 17-ci mikrorayon ərazisində - “Çinar”, “Ən ucuz market” və s. ticarət mərkəzlərinin cəmləşdiyini məkanda həyata keçirilir.
Məlumata görə bölünəcək şəhərin müəyyən bir qisminə nəzarət edəcək icra hakimiyyətinə həm də Saray və digər şəhərətrafı qəsəbələr tabe ediləcək. Hazırda Abşeron Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan bəzi ərazilərin də yeni yaranacaq şəhərin sərəncamına veriləcəyi istisna edilmir.