Türkiyənin və türk millətinin çətin vəziyyətdə olan qardaşlarının üzünə öz qapılarını bağlaması mümkün deyil və bundan söhbət gedə bilməz". Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu «NTV» telekanalının canlı yayınında Türkiyə-Suriya sərhədində baş verənlərlə bağlı açıqlamalar verərkən deyib. Davudoğlunun sözlərinə görə, Türkiyə 3 gün ərzində Kobani kəndindən, kürdlər də daxil olmaqla, 138 min qaçqını qəbul edib, onların kədəri də, sevinci də Türkiyənin kədəri və sevincidir, lakin Türkiyə olanlara görə məsuliyyət daşımır.
"Biz heç vaxt Türkiyə vətəndaşlarının döyüşmək üçün Suriyaya getməsini qəbul etmədik. 138 min nəfəri ölkəyə qəbul edərkən, ölkədən çıxanların getməsinə də icazə versəydik, ictimai asayiş deyilən bir şey qalmazdı. Suriya rejimi bizi dinləsəydi, Maliki bizi dinləsəydi, bunlar başlarına gəlməyəcəkdi. Bunlara görə məsuliyyət daşıyan Türkiyə deyil". - deyə, Türkiyənin Baş naziri bildirib.
Əhməd Davudoğlunun sözlərinə görə, Türkiyə çətin vəziyyətdə olan insanlar arasında millət ayrıseçkiliyi etmir və qəbul edilən qaçqınlar arasında 36 min yəzdi kürdü var.
"Onlara tək söylədiyimiz budur: rejimlə əməkdaşlıq etməsinlər, zülmə ortaq olmasınlar. Kürd Peşmərgə qüvvələrinin humanitar yardım istəyinə də müsbət cavab verildi".(ans)