Fəthullah Gülən son söhbətində xəstə olduğunu açıqlayıb.
Moderator.az-ın məlumatına görə, 17 və 25 dekabr böyük rüşvət əməliyyatlarından sonra Türkiyə hökumətilə üz-üzə gələn Fəthullah Gülən “Müsibətlərin pərdə arxası və son nəfəsə qədər xidmət” adlı yeni söhbətində xəstəlikdən söz açıb.
Danışığında “Allah dərdliləri sevər” deyərək söhbətinə başlayan din xadimi, xəstə olduğu üçün bu söhbəti etdiyini bildirib. F.Gülən yeni yayımlanan danışığında “camaatına” səbrli olmağı məsləhət görüb.
“Şəxsi həyatımıza gəlib başımıza bəla olan virusları, problemləri, dərdləri, xəstəlikləri sizə bir iltifatın ifadəsi olaraq görməlisiniz” deyən F.Gülən xəstəliyin ilahi bir lütf olduğunu bir daha vurğulayaraq, xəstə olmağına diqqət çəkib: “Rəbbimə hesab vermək narahatlığı duydum. Bu gün də xəstəyəm və bircə Rəbbim bilir nə çəkdiyimi. “öləcəyəmsə də belə bir şey edərkən ölüm” mülahizəsi ilə gəldim, o mülahizə ilə başınızı ağrıtdım.”
Qeyd edək ki, bir neçə ay bundan əvvəl Türkiyədə hökumətlə qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.