"Ukrayna üzrə çox ciddi və böyük fikir ayrılığımıza baxmayaraq əməkdaşlığımız davam edir"
ABŞ və Rusiya hakimiyyəti İŞİD radikal qruplaşmasına qarşı mübarizədə əməkdaşlıq edə bilər.
ANS PRESS-in məlumatlna görə, bu barədə keçirdiyi mətbuat konfransında Ağ ev nümayəndəsi Coş Ernest deyib.
Ernestin sözlərinə görə ABŞ göstərdi ki, onlar Rusiya ilə bir neçə məsələdə fikir ayrılığına baxmayaraq dünyanın hər hansı bir bölgəsində problemi müzakirə etməyə hazırdır.
“Bizim Ukrayna üzrə çox ciddi və böyük fikir ayrılığımıza baxmayaraq Rusiya terrora qarşı yürüdülən əməkdaşlığımız davam edir”- deyə Ernest qeyd edib.