BMT-nin maşın karvanına hücum olub

23-09-2014, 13:51   
BMT-nin maşın karvanına hücum olubHadisə Əfqanıstanda baş verib
Əfqanıstanda BMT sülhməramlılarının maşın karvanı hücuma məruz qalıb. “Taliban” hərəkatının hücumu nəticəsində təhlükəsizliyə dəstək üzrə Beynəlxalq qüvvələrə aid ən azı 5 yanacaqla dolu yük maşını məhv edilib.

ANS PRESS-in məlumatlna görə, hadisə Əfqanıstanın Vardak mərkəzi vilayətində baş verib.

İnsident nəticəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı həlak olub, karvanı qoruyan 5 asayiş keşikçisi isə yaralanıb. Atışma zamanı 3 terrorçu məhv edilib. Taliban rəhbərliyi hücümün məsuliyyətin öz üzərinə götürüb. Radikalların xəbərinə görə isə onlar tərəfindən 17 yük maşını məhv edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.