Türkiyə prezident seçkilərinin ilk turunda ən çox səs toplayan iki namizəd - Recep Tayyip Erdoğan və Kemal Kılıçdaroğlu bu gün ikinci turda üz-üzə gəliblər.
Bazar günü keçirilən prezident seçkilərinin müvəqqəti nəticələri mayın 29-da açıqlanmalıdır.
İyunun 1-də isə seçkilərin yekun nəticələri elan olunacaq.
YSK tərəfindən təsdiqlənən rəqəmlər Rəsmi Qəzet, radio və televiziyada elan edilmək üçün əlaqədar orqanlara göndəriləcək.
Mayın 14-də türkiyəli seçicilər parlamentdəki 600 yer üçün də səs veriblər.
Bu gün (28 mayda) keçirilən prezident seçkisinin qalibi sadə səs çoxluğu ilə müəyyən ediləcək.
Mayın 14-də keçirilən səsvermədə seçicilərin təxminən 90 faizi iştirak edib.