ABŞ ordusu və koalisiya qüvvələri Suriyada İŞİD terrorçularına qarşı hərbi əməliyyatlara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəsmisi admiral Con Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ ordusu İŞİD-in Suriya ərazisindəki mövqelərinə aviazərbələr endirib.
“ABŞ və koalisiya qüvvələri İŞİD-ə qarşı qırıcılar, bombardmançılar və “Tomaqavk” raketlərindən istifadə edirlər”, - Kirbi özünün Tvitter hesabında yazıb.