Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SON DƏQİQƏ! İlham Əliyev TARİXİ FƏRMAN imzaladı

3-06-2023, 13:29   


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i təsdiqləyib.

Musavat.com xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar