“Quş qripi”nin yeni növü aşkarlanıb

24-09-2014, 14:05   
“Quş qripi”nin yeni növü aşkarlanıbCənub-Şərqi Asiyada “quş qripi”nin yeni növü aşkarlanıb. Bu xəbərdarlıqla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çıxış edib. Bildirilir ki, H5N6 virusuna bu ilin aprelində Çində, daha sonra Laos və Vyetnamda rast gəlinib.

Hələlik bu virus insanlarda aşkarlanmasa da, FAO onun regionun iqtisadiyyatı və heyvandarlığı üçün təhlükəli olduğunu bəyan edib: “Söhbət dünyanın sıx məskunlaşmış və quşçuluğun inkişaf etdiyi regionundan - Çin və Cənub-Şərqi Asiyadan gedir. Məslən, Çində təkcə ayrı-ayrı ailələr deyil, kiçik və iri kommersiya təsərrüfatları da quş saxlayırlar. Ona görə də nəticələr daha təhlükəli ola bilər”. ÿ FAO Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin hökumətlərini “quş qripi” virusunun aşkarlanması səylərini artırmağa və onun insana mümkün keçməsinin monitorinqini aparmağa çağırıb. (APA)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.