Ərdoğanın Azərbaycana səfərində Sinan Oğan da yanında olacaq və nümayəndə heyətlərinin görüşlərinə qatılacağı gözlənilir.
Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
O bildirib ki, Oğanın II tur seçimində Azərbaycan amilinin də təsirli olduğu və Bakıya gəlişinin də bununla bağlılığı versiyası mümkündür:
"Lakin onun mövqeyinə, xüsusilə türk dünyasına yanaşmasına baxdıqda seçimi gözlənilən idi. Bu baxımdan, Ərdoğanın seçkidən sonra Azərbaycana ilk səfərində Oğanın nümayəndə heyətində təmsil olunması qarşıdakı planlarla bağlı ola bilər: mümkündür ki, Əliyevlə Ərdoğanın müzakirələrindən biri də türk dünyasının dərin interqasiyası ilə bağlı olacaq və Sinan Oğana perspektivdə bu prosesin aktiv təmsilçisi missiyası verilə bilər".