Müharibə Rusiya ərazisinə keçir - Putin buna hazırlaşır

14-06-2023, 10:08   




Rusiya Prezidenti Vladimir Putin ölkəsinin təhlükəsizliyi üçün “sanitar zona” yaratmağa hazırlaşır. Bu, Rusiyada hərbi vəziyyətin tətbiqi üçün ilkin şərtdir.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan deyib.

O bildirib ki, Putin 5 vilayətdə - Belqorod, Kursk, Bryansk, Voronej və Rostovda hərbi vəziyyət elan etməyə hazırlaşır və bu, hərbi baxımdan məntiqlidir:

“Orada hərbi vəziyyət elan edib, hərbi administrasiya təyin edilə bilər. Məhz bu Rusiyanın digər bölgələri üçün sanitar zonadır. Rusiya ordusunun Ukraynadan çıxarılmasından sonra onlar şimaldan cənuba qədər yeni cəbhə xətti yaratmalı və dövlət sərhədi boyunca bu xətti qorumalı olacaqlar”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.