Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“BAKI TEZLİKLƏ QARABAĞI HƏRBSİZLƏŞDİRƏCƏK” – “Həm ABŞ, həm də Rusiya Azərbaycanın yaradacağı yeni reallıqla qarşılaşacaq”

20-06-2023, 11:00   


“Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin mətbuata açıqlamalarında şərti sərhəddə və Qarabağda atışmalar barədə bir-brini təkzib edən məlumatlar verilir. XİN-in mətbuat xidmətləri isə qarşılıqlı olaraq bir-birlərini qeyri-səmimilikdə və danışıqlar prosesini pozmaqda ittiham edib. Arazdəyəndə körpü üstündə Azərbaycan və Ermənistanın hərbçiləri arasında atışma olub, bir erməni postu dağıdılıb...”

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Qarabağ ətrafında baş verən son hadisələri şərh edərkən bildirib.



Ekspert vəziyyətin kəskinləşməsinin pərdəarxası məqamlarını belə izah edir: “Birləşmiş Ştatlar və Rusiya öz baxışlarını irəli sürməyə çalışaraq danışıqlar formatında açıq qarşıdurmaya keçdilər: ABŞ sülh müqaviləsi, Rusiya kommunikasiyaları blokdan çıxarmaq təklifi ilə. Eyni zamanda, ABŞ Ermənistan rəhbərliyi vasitəsilə Rusiyanın Ermənistan ərazisindəki kommunikasiyalara nəzarət funksiyasını minimuma endirməyə çalışır. Rusiya isə Qarabağdakı Arayik və s. ilə Qarabağda qalan ermənilərin Bakı ilə dialoquna mane olmağa səy göstərir. ABŞ-da danışıqlar gözlənilir... amerikalılar görüşə fəal şəkildə hazırlaşır. Overçuk isə Moskva-İrəvan reyslərində ilişib... Azərbaycan və Ermənistan bu qarşıdurmadan danışıqlarda mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışır.

Azərbaycan Ermənistan rəhbərliyini prosesdə vicdanlı olmağa çağırır: ərazinin qarşılıqlı tanınması və daxili işlərə qarışmaması tələb olunur. Bakı rəsmi olaraq Xarici İşlər nazirinin dili ilə öz tələblərini/gözləntilərini irəli sürür: İrəvan Qarabağ ermənilərinə təsir imkanlarından konstruktiv şəkildə istifadə etməlidir.

Bakının Ermənistana təklifi danışıqlar prosesinin düyününü açır, sülh müqaviləsinin imzalanmasına maneələri aradan qaldırır. Digər tərəfdən, bu addım Ermənistan rəhbərliyinə Rusiya ilə münasibətlərdə daha subyektiv olmaq şansı verir. Axı Azərbaycan rəhbərliyinin qarşı tərəfə konstruktiv olmaq təklifi konkret zamana bağlıdır, vaxt məhduddur. Onsuz da bu addımlar atılacaq: Qarabağ hərbsizləşdiriləcək.

Ermənistan rəhbərliyi bir az irəliyə baxmalıdır. Ermənistan bu prosesdən hansı formada çıxacaq: Azərbaycanın güc tətbiq etməmək öhdəliyi, nəqliyyat kommunikasiyalarının açılması ilə, yoxsa, potensial ərazi iddiaları ilə?

Xatırladım ki, sülh müqaviləsi yoxdur və kommunikasiyalar bağlıdır. Tezliklə həm ABŞ, həm də Rusiya Azərbaycanın yaradacağı yeni reallıqla qarşılaşacaqlar. Əlbəttə, bunu Ermənistandan daha yaxşı başa düşürlər. Ona görə də onlar prosesi sürətləndirirlər.

Paralel olaraq, Azərbaycanla qarşılqılı informasiya müharibəsində qaçılmaz addımlarından istifadə edir: (RİA-nın yaydığı saxta xəbər, Zaxarovadan ona verilən şərh, Dövlət Departamentinin cavabı).

Azərbaycanın birətərfli addımları ABŞ-dakı görüşdən əvvəl, yoxsa sonra atılacaq? Sual budur!

Xatırladım ki, mayda Vaşinqton görüşündən əvvəl Laçın yolunda Nəzarət Buraxılış Məntəqəsi qoymuşduq...”

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar