“BUDANOVUN İDARƏSİNİ İKİ DƏFƏ VURUBLAR” – “Otağından çıxdı, üstünün tozunu təmizlədi...”

21-06-2023, 15:11   



“Rusiya Ukrayna Hərbi Kəşfiyyatının Kiyevdəki binasına iki dəfə hücum edib – 2022-ci ilin martında və bu il mayın 29-da. Lakin idarənin binası Vladimir Putinin dediyi kimi, dağılmayıb”.

“AzPolitika.info” xəbər verir ki, “The Economist” nəşrinin Ukrayna Hərbi Kəşfiyyatının rəisi, general Kirill Budanov haqqında dərc etdiyi yazıda belə deyilir.

İdarənin əməkdaşlarından biri qəzetə açıqlamasında deyib ki, ötən il martın 22-də idarənin Kiyevdəki Rıbalsk adasında yerləşən binasına raket hücumu zamanı zabitlər qəbul otağında Budanovla görüşü gözləyiblər. Bu zaman binaya raket zərbəsi endirilib, qapılar, pəncərələr yerindən çıxıb. Zabitlər yerə yıxılıblar: “Az sonra Budanov kabinetindən çıxdı, üstünün tozunu təmizlədi, “hər şey qaydasındadır” deyib, binaya dəyən ziyana baxmağa getdi”.

Yazıda qeyd olunur ki, bu il mayın 29-da baş verən hücum ciddi ziyan vurmayıb və sadəcə, binalar kompleksindən ibarət idarənin bir binasını “cızıb”. Lakin Vladimir Putin bunu guya idarənin yerləşdiyi kompleksin məhv edildiyi kimi təqdim edib.

Xatırladaq ki, son vaxtlar Rusiya KİV-ləri və bütövlükdə Kremlin təbliğat maşını Budanovun məhv edildiyini iddia edirdi. Ancaq general ötən gün kameralar qarşısına çıxaraq, Rusiya rəhbərliyini ələ salıb.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.