Görüş Nyu-Yorkda baş tutub
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama anti-İŞİD koalisiyasına qoşulan ərəb ölkələrinin liderləri ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, Nyu Yorkda baş tutan görüşdə Obama İŞİD-ə qarşı birgə mübarizəyə qatıldıqları üçün dövlət başçılarına təşəkkür edib.
“Koalisiya təşkil olunduqdan sonra artıq dünyaya birlik ismarışı verə bilərik. Biz təkcə İŞİD-ə qarşı deyil, çoxsaylı qətliamlara səbəb olan istənilən digər ideologiya tərəfdarlarına qarşı mübarizədə qətiyyətliyik” - deyə Obama qeyd edib.
Sözügedən qrupa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətər daxildir.