İŞİD BMT-ni ABŞ-la üz-üzə qoydu

24-09-2014, 12:49   
İŞİD BMT-ni ABŞ-la üz-üzə qoyduƏməliyyatlar zamanı mülki insanları qorumaq üçün əvvəlcədən bütün lazımi tədbirlər görülməlidir
Birləşmiş Millətlər Təşkilatının bas katibi Pan Gi Mun İŞİD-ə qarşı mübarizə zamanı beynəlxalq insan haqları qanunlarına riayət olunmasını tələb edib.

ANS PRESS-in məlumatına görə, Pan Gi Mun əməliyyatlar zamanı mülki insanları qorumaq üçün əvvəlcədən bütün lazımi tədbirlərin görülməli olduğunu qeyd edib. Təşkilat rəsmisi, eyni zamanda, Suriya hökumətinin aviazərbələr barəsində xəbərdar edilməsi məsələsinə də toxunaraq Raqqa şəhərində hökumətin öz təsirini itirdiyini vurğulayıb.

“Aviazərbələrin hökumətin icazəsi olmadan endirilməsi məsələsindən xəbərdaram. Lakin biz bu barədə rəsmi Dəməşqə xəbərdarlıq etmişdik. İŞİD beynəlxalq sülh və stabilliyə qarşı danılmaz təhlükə mənbəyidir” - deyə Pan Gi Mun qeyd edib.

Amerika hərbi qüvvələri əməliyyatlar zamanı, əsasən, İŞİD-ə məxsus hərbi düşərgələrin, silah zavodlarının, kommunikasiya binalarının və mərkəzi idarəetmə postlarının hədəfə alındığını deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.