Səfir erməniləri hədələdi- VİDEO

24-09-2014, 13:51   
Səfir erməniləri hədələdiRusiyanın Ermənistandakı keçmiş səfiri qalmaqallı çıxış edib
Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenko Ermənistanı hədələyib.

ANS PRESS-in Azadlıq radiosunun İrəvan bürosuna istinadən verdiyi məlumata görə, sabiq səfir Ermənistan Gömrük İttifaqına üzv olmaqdan imtina edərsə tək Ermənistan dövlətinin deyil, eyni zamanda erməni xalqının gələcəkdə mövcudluğunun şübhə altında olacağını bildirib.

2009-2013-cü ildə səfir olmuş Kovalenko bu sözləri İrəvan və Moskva arasında telekörpüyə həsr olunmuş mətbuat konfransında bildirib.

"İstənilən halda Ermənistan seçimini etməlidir. Bu seçim elə olmalıdır ki, kiiçik respublika kimi, Ermənistanın iqtisadiyyatı dağılmasın. Mən hesab edirəm ki, situasiya belə inkişaf edəcək ki, Ermənistandan seçim etmək tələb ediləcək. Ermənistan belə çətin siyasi situasiya olan beynəlxalq aləmdə uzun müddət varlıq göstərə bilməyəcək. Ermənistanın bu tarixi seçimindən ölkənin gələcəyi və ümumilikdə ermənilərin gələcəyi asılı olacaq", - deyə Kovolenko bildirib.

Qeyd edək ki, V. Kovalenko bir müddət əvvəl də bu tipli bəyanatı ilə Ermənistanda qalmaqala səbəb olmuşdu. O, Putin administrasiyanın əsas fiqurlarından sayılan Dmitri Kiselyovla birlikdə rus dilinin Ermənistanda ikinci dövlət dili olmasını təklif etmişdi. Bu təklif İrəvanda böyük etirazla qarşılanmışdı.

"Biz Ukraynada hazırda nələr baş verdiyini görürük. ABŞ və Qərb ölkələrinin dəstəyilə orada hansı antihumanist hərəkətlərin olduğuna hamımız şahidik. Allah eləməsin ki, bütün bu proseslər Ermənistanda olsun. Bu belə olacaq ya olmayacaq, ilk növbədə Ermənistanın tarixi seçimindən asılı olacaq", - deyə Kovolenko deyib. [media=http://rus.azatutyun.am/media/video/26602496.html]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.