Detallar açıqlandı: Şoyqu gedir, yerinə Putini ayıdan xilas edən şəxs gətirilir

27-06-2023, 15:43   


Rusiyada “Vaqner” lideri Priqojin Şoyqunu devirmək üçün başladığı üsyanı Belarusun müdaxiləsi ilə son anda dayandırdı. Bundan sonra Müdafiə naziri Şoyqunun başına nə gələcəyi isə Rusiya mediasının gündəmindədir. Bəzi mənbələrə görə, Şoyqunu Putini ayıdan xilas edən keçmiş cangüdəni Dyumin əvəz edəcək.

Rusiya mətbuatında yer alan iddialara görə, Şoyqunu bir müddət sonra Putin vəzifəsindən uzaqlaşdıracaq.

Məlumata görə, bir çox analitik Putinin Şoyqunu dərhal istefaya göndərməyəcəyini düşünür. Çünki əgər belə olarsa, Putinin üsyançıların dediklərini qəbul etdiyi düşünüləcək.

Ukraynaya hücumda uğursuzluğa məruz qaldığı düşünülən Şoyqunun bir müddət sonra başqa vəzifəyə təyin ediləcəyi, eyni zamanda Baş Qərargah rəisi Valeri Gerasimovun da vəzifəsindən azad ediləcəyi iddia edilir.

Bəs onları kim əvəz edəcək?

Rusiya mətbuatında və sosial mediada Sergey Surovikinin Baş Qərargah rəisi təyin olunacağı ilə bağlı fikirlər səsləndirilir.

Şoyqunu kimin əvəzləyəcəyi ilə bağlı isə cəmisi bir versiya var.

Belə ki, Şoyqunun yerinə keçəcəkşəxsin Tula vilayətinin qubernatoru Aleksey Dyuminin olacağı ehtimal edilir.

“Kommersant”ın Kreml müxbiri Aleksey Kolesnikov bu iddianı qəzetin manşetinə çıxarıb.

Putinin son çıxışını şərh edən Kolesnikovun Rusiya liderinə yaxın bir ad olan Dyuminlə bağlı xəbəri yazmasının ardından onunla bağlı daha çox məlumat gündəmə gəldi.

 

İddialara görə, Priqojini üsyandan çəkindirən şəxs əslində Lukaşenko yox, Dyumin olub.

Bəs Dyumin kimdir?

1972-ci ildə anadan olan Dyumin 2016-cı ildən Tula vilayətinin qubernatorudur. Putin Moskvaya gəldiyi ilk gündən Rusiya liderinin yaxın mühafizəçisi olub.

Mənbələr bildirir ki, Putin Dyumini oğlu kimi sevir və ona çox güvənir. Putinin ən yaxın dostlarının da yer aldığı xokkey komandasının qapıçısı da məhz Dyumindir.

Dyumin qısa müddət ərzində müdafiə nazirinin müavini vəzifəsini də icra edib. Onun hətta Putindən sonra gələcək prezident kimi də adı çəkilir.

Dyuminin Putinlə bağlı məşhur xatirəsi də bu günlərdə yenidən gündəmə gəlib.

O, Rusiya liderinin cangüdəni olduğu zamanlarda Putin tətildə villasında istirahət edərkən radio birinci mərtəbədən gələn “Qapıda ay var!” siqnalı ilə mesaj verir.

Dərhal qapıya tərəf gedən Dyumin hadisənin zarafat olduğunu düşünsə də, ayını qapıda görəndə vəziyyətin ciddiliyini anlayır. Dyumin silahı ilə ayının ayağının yanından atəş açır. Bu vəziyyətdə ayı geri çəkilir və uzaqlaşır. Putin hadisədən xəbər tutanda Dyumini ayını vurmadığına görə təbrik edir. Bu hadisəyə görə Dyumini Putinin ayını xilas edən adamı adlandırırlar.\\“Publika.az”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.