Zaxarovadan Qarabağ açıqlaması: “Bu şərdir, yalandır, təmiz dezinformasiyadır”

28-06-2023, 21:35   


Rusiyanın rolu həm Ermənistanın, həm də Azərbaycanın imzaları olan müvafiq yazılı sənəddə qeyd olunub.  

Axar.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentindəki dinləmələrdə Rusiyanın regionda öz sülhməramlılarını yerləşdirməklə təsirini artırmaq istəməsi barədə iddialara reaksiyasında bildirib. 

"Bu rol heç bir halda heç bir şübhə doğura bilməz, çünki bir daha deyirəm, bunu birbaşa münaqişə edən tərəflər də təsdiqləyiblər və bu məsələdə mütləq konsensus əldə olunub", - Zaxarova söyləyib. 

Onun sözlərinə görə, 44 günlük müharibədə baş vermiş hadisələrin araşdırılması Ermənistanın daxili işidir: 

"Ermənistanın baş nazirinə verilən bütün suallar məhz daxili araşdırmalar və debatlar kontekstindədir. Rusiyada bir növ bəd niyyət tapmaq cəhdləri varsa, bu, şərdir, bu, yalan mesajdır, bu, təmiz dezinformasiyadır". 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.