BU GENERAL QİYAMA DƏSTƏK VERİB? – ABŞ kəşfiyyatı informasiya sızdırdı

28-06-2023, 21:55   



“ABŞ kəşfiyyatı Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək cəhdində digər rus generallarının dəstəyinə dair əlamətlər görür”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti kəşfiyyat məlumatlarından xəbəri olan ABŞ rəsmilərinə istinadən məlumat yayb. Qeyd olunur ki, Ukraynadakı rus qrupunun komandir müavini general Sergey Surovikin Yevgeni Priqojinin Rusiya hərbi rəhbərliyinə qarşı silahlı üsyana başlamaq planlarından əvvəlcədən xəbərdar idi.



Rəsmilərin sözlərinə görə, hazırda Surovikinin 23 illik hakimiyyətdə Rusiya Prezidenti Vladimir Putin üçün ən ciddi təhlükəyə çevrilən qiyamı planlaşdırmağa kömək edib-etmədiyi araşdırılır.

ABŞ-ın indiki və keçmiş rəsmiləri bildirirlər ki, “Vaqner” PMC rəhbəri hakimiyyətdə olan hansısa şəxslərin ona kömək edəcəyinə inanmasaydı, qiyam etməzdi.

Surovikin ötən payızda Rusiyanın bir sıra məğlubiyyətlərindən sonra Ukraynadakı rus ordusunun komandiri təyin edildi. O, cəbhə xətti boyunca müdafiəni gücləndirdi və qoşunları Xersondan çıxardı. Yanvarda Putin onu Baş Qərargah rəisi Valeri Gerasimovla əvəzləyərək komandir müavini vəzifəsinə təyin etdi.

“The New York Times” qeyd edir ki, ümumiyyətlə, qiyam cəhdi Putin və Priqojin tərəfdarları arasında geniş parçalanmanın olduğunu göstərə bilər. Nəşrin mənbələrinə görə, bu vəziyyətdə Putin Surovikinin qiyamda iştirak edib-etmədiyinə özü əmin olmalı və buna necə cavab verəcəyinə qərar verməlidir.

ABŞ-ın keçmiş rəsmiləri deyirlər ki, Surovkinin qiyamçıların planlarından xəbərdar olduğu, lakin heç nə etmədiyi təsdiqlənərsə, Putin generalı işdən çıxara bilər. Eyni zamanda, nəşr hesab edir ki, ABŞ rəsmiləri Surovikinin nüfuzuna xələl gətirən məlumatların yayılmasında maraqlıdırlar, çünki onu Rusiya komandanlığının ən bacarıqlı və amansız nümayəndəsi hesab edirlər.

Nəşrin həmsöhbətlərinin fikrincə, onun vəzifədən uzaqlaşdırılması Ukraynanın xeyrinə olacaq.

Surovikin qiyam başlayandan sonra Priqojinə müraciət edən ilk general olub. O, Priqojini Prezidentin iradə və əmrinə tabe olmağa, daxili siyasi vəziyyəti gərginləşdirməməyə çağırıb. Buna cavab olaraq “Vaqner”in “Teleqram” kanalı onu hədələyib: “Əlləri titrəyərək musiqiçiləri dayanmağa çağıran bütün generallar əslində öz hökmlərini imzalayıblar. Tribunal mütləq olacaq. Surovikin Xersonun təslim olmasına cavab verəcək”.



Qeyd edək ki, Kreml ordu generalı Sergey Surovikinin "Vaqner" qruplaşmasının silahlı qiyam cəhdindən əvvəlcədən xəbərdar olması ilə bağlı iddialara münasibət bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Surovikinin Vaqnerin qiyamını əvvəlcədən bildiyi barədə iddiaları fərziyyə və dedi-qodu adlandırıb.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.