Obama Rusiyaya qarşı sanksiyaları götürməyin şərtini açıqlayıb

25-09-2014, 09:45   
Obama Rusiyaya qarşı sanksiyaları götürməyin şərtini açıqlayıbBMT Baş Məclisinin sentyabrın 24-də Nyu Yorkda açılan 69-cu sessiyasında ABŞ prezidenti Barack Obam açıxış edib. O deyib ki, Ukraynada atəşkəs sülhə yol açır, əgər Rusiya buna əməl etsə.

“Əgər Rusiya bu yolu tutsa, onda biz sanksiyaları götürəcəyik və qarşımızda duran ümumi sınaqlarala mübariəzədə Rusiyanın rolunu alqışlayacağıq”.

Obama qeyd edib ki, Rusiyanın Ukraynadakı hərəkətləri ikinci dünya müharibəsindən sonrakı dünya nizamına təhlükədir.

Obama dünyadakı vəziyyət haqda isə deyib ki, dünya “yolayrıcındadır, müharibə ilə sülhün, dağıntı ilə inteqrasiyanın, qorxu ilə ümidin.”

ABŞ prezidenti deyib ki, Birləşmiş Ştatlar heç vaxt islamla müharibə aparmayacaq. Obama sivilizasiyalar müharibəsi fikrini qəti şəkildə rədd edir. (azadliq.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.