Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasının 69-cu sessiyasında səsləndirdiyi təhlükələr arasında ikinci yeri Rusiya tutur.
“Birinci yerdə Ebola virusu, ikinci yerdə “Avropada Rusiya təcavüzü”, üçüncü yerdə isə “İslam dövləti” və digər terrorçulardır”, - nazir əlavə edib.
Sergey Lavrovun sözlərinə görə, Barak Obamanın çıxışı sülhməramlı alınmayıb. O, ABŞ prezidentini dünyanın daha azad və təhlükəsiz olması ilə bağlı fikirlərinə inanmadığını da deyib.