Donetsk yaxınlığında üz kütləvi məzarlıq aşkarlanıb. Musavat.com xəbər verir ki, bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib.
ATƏT-in hesabatında deyilir ki, üz məzarlıqda bir neçə meyit var. Məzarlardan birində rus dilində yazılmış lövhə tapılıb. Lövhədə beş nəfərin adı yazılıb və onların 27.08.2014 il tarixdə öldükləri göstərilib. Lövhənin yuxarı hissəsində isə “Putinin yalanına görə öldülər” yazılıb.
ATƏT bildiri ki, Donetsk vilayətində məhkəmə-tibb mütəxəssisləri yoxdur və ekspertiza keçirilməsi mümkün deyil.
Musavat.com